Təhsil Nazirliyinin kollegiya iclasında bir çox məsələlərə aydınlıq gətirilidi - FOTOSESSİYA

Təhsil Nazirliyinin kollegiya iclasında bir çox məsələlərə aydınlıq gətirilidi - FOTOSESSİYA

Bu gün Təhsil Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda iclasda "İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının" icrası, 2008-2011-ci illərdə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələri", "2010-2011-ci dərs ilində keçirilən buraxılış imtahanlarının və Milli qiymətləndirmənin yekunları", "2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri və kadr təminatı", "2012-2013-cü dərs ilində V siniflərdə yeni fənn kurrikulumların tətbiqinə keçidlə əlaqədar müəllimlər üçün təlim kurslarının təşkili" və digər məsələlər müzakirə edilib.

Təhsil naziri Misir Mərdanov bir sıra məsələlərə aydınlıq gətirib və statistik göstəriciləri açıqlayıb. Nazir bildirib ki, cari ildə ölkənin ümumtəhsil məktəblərindəki 2177 vakant yerə işə qəbul üçün 9342 nəfər elektron ərizə verib. Onun sözlərinə görə, vakant yerlərə işə qəbul üçün ümumilikdə 630 ərizə daxil olub və 193 nəfər işə qəbul edilib.

"Ötən tədris ili müqayisədə ölkənin ümumtəhsil çəktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071 nəfər, müəllimlərin sayı isə 10 min nəfərədək azalıb. Nazirlər Kabinetinin qərarına uyğun həvəsləndirmə tədbirlri tətbiq olunan limit yerlər müəyyənləşdirilib və Maliyyə Nazirliyinə təqdim edilib. 2011-2012-ci tədris ilində ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilməsi nəzərdə tutulub və həmin yerlərdən 100-ü Naxçıvana ayrılıb. 2011-ci ildə 9 iqtisadi zona üzrə 79 təlim mərkəzində, 444 qrupda 10471 ibtidai sinif müəllimi təlim kursundan keçib, kursu uğurla bitirən 10391 nəfərə sertifikat verilib. Son 4 ildə ümumilikdə 35 mindən çox ibtidai sinif müəllimi müvafiq təlim kurslardan keçiblər. 2012-2013-cü illərdə V siniflərlə işləyəcək və təlimlərə cəlb ediləcək müəllimlərin təxmini sayı müəyyənləşdirilib. 5 iqtisadi zona üzrə keçiriləcək təlimlərə 61611 müəllim cəlb ediləcək", - deyə nazir əlavə edib.

İclasın davamında ayrı-ayrı rayon təhsil şöbələrinin müdirləri, təhsil ictimaiyyətinin nümayəndələri mövcud vəziyyətlərə aydınlıq gətirib, öz təklif və iradlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə