Misir Mərdanov: “Son illər müəllim-şagird nisbəti getdigcə aşağı düşür”
"Son illər müəllim-şagird nisbəti getdikcə aşağı düşür". Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. SİA-nın verdiyi məlumata görə, o bildirib ki, hazırda bu nisbət 1:8,3-dür. Halbuki bu nisbət 1:14 olmalıdır. Nazirin sözlərinə görə, 2000-2006-cı illərdə şagirdlərin sayı 125 min nəfər azaldığı halda, müəllimlərin sayı 11 min nəfər artıb: \"Qeyd edək ki, Abşeron rayonu istisna olmaqla bütün məktəblərdə şagirdlərin sayı azaldığı halda, müəllimlərin sayında artım müşahidə edilir. Bu gün ümumtəhsil məktəblərində şagirdlərin sayı 1 milyon 284 min 442 nəfərdir. Bu da ötən illə müqayisədə 33 min nəfər azalıb. Həmçinin müəllimlərin sayı isə 149 min 933 nəfərdir. Ötən tədris ilində isə rəqəm 159 mindən çox idi. Müəllimlərin sayını şagirdlərin sayına böldükdə nisbət 8,5 alınır. Lakin bu da çox kiçik rəqəmdir\".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB