Təhsil naziri magistrlara hərbi xidmətdən möhlət hüququ verilməsini istəyir

Təhsil naziri magistrlara hərbi xidmətdən möhlət hüququ verilməsini istəyir

Azərbaycanın təhsil naziri Misir Mərdanov bəzi ixtisaslar üzrə təhsil alan magistrlara hərbi xidmətdən möhlət hüququ verilməsini təklif edib. SİA-nın verdiyi məlumata görə, nazir Misir Mərdanov açıqlamasında bildirib ki, hazırkı qanun magistrlara möhlət verilməməsini tələb edir: "Təhsil Nazirliyi də dövlət qurumu olaraq, parlament tərəfindən qəbul olunmuş və ölkə başçı tərəfindən təsdiq edilmiş qanunları yerinə yetirən orqandır. Bu baxımdan qanunu yerinə yetirmək bizim borcumuzdur. Ancaq mən arzu edərdim ki, heç olmasa, bəzi ixtisaslar üzrə magistrlara möhlət verilsin. Daha çox nəzəri ixtisaslar – riyaziyyat, fizika üzrə təhsil alan insanlar müəyyən müddət bu işlə məşğul olmadıqda sonradan işlərini davam etdirməkdə problem yaranır. Yaxşı olardı ki, bu ixtisaslar üzrə təhsil alan gənclərə təhsillərini fasiləsiz olaraq davam etdirməyə imkan yaradılsın".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə