Azərbaycanın elektron ensiklopediyası işıq üzü görüb

Azərbaycanın elektron ensiklopediyası işıq üzü görüb

Bu gün müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar ilk dəfə elektron ensiklopediya işıq üzü görüb. SİA-nın xəbərinə görə, 7 dildə-Azərbaycan, rus, ingilis, türk, fransız, ispaniya, danimarka dillərində fəaliyyət göstərəcək www.azerbaijans.com saytı Azərbaycan haqqında məlumatların dünyaya yayılması üçün geniş imkanlar yaradacaq.


Saytda bayraq, gerb, himn, konstitusiya, dil, dövlət qurumları, tarix, siyasət, diaspora, elm, səhiyyə, iqtisadiyyat, folklor, anons və s. bölmələr üzrə ölkəmiz haqda ətraflı məlumatlar əldə etmək mümkündür. Burada turizm bölgələri, kurort zonaları, otellər barədə məlumatlar Azərbaycanı tanımaq, gəzmək istəyən turistlər üçün əlverişli vasitədir. Saytda foto-qalereya, azetube – video çarxlar bazası da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə