Cənub bölgəsi QİÇS-ə yoluxanların sayına görə ölkədə ilk yeri tutur
Cənub bölgəsi QİÇS-ə yoluxanların sayına görə ölkədə ilk yeri tutur. SİA-nın verdiyi məlumatına görə, mütəxəssislər bunu bölgədə narkomaniyanın geniş yayılması ilə izah edirlər. Rəsmi statistikaya görə, son 10 ildə 513 nəfər QİÇS xəstəliyinə yoluxub. Bu xəstəliyə yoluxanların müəyyən hissəsinin isə qeydiyyata düşmədikləri ehtimal olunur. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran regional laboratoriyasının müdiri Rəmiəli İbişovun verdiyi məlumata görə, bu xəstələrin ən çoxu Lənkəran rayonundadır. Burada 240 yoluxma faktı qeydə alınıb. Masallıda 99, Astarada 125, Cəlilabadda 38, Yardımlıda 4, Lerikdə 8 nəfərdə xəstəliyə yoluxma aşkar olunub. Bu xəstəliyə yoluxanların 80 faizi kişilər, 20 faizi qadındır.
Regional laboratoriyadan verilən məlumata görə, təkcə bu ilin 11 ayı ərzində regionda 74 yoluxma faktı aşkar edilib. Bu ilin statistikasında Astara öndədir. Burada 31 nəfər xəstəliyə yoluxub. Lənkəranda 17, Masallıda 19, Cəlilabadda 6, Lerikdə 1 nəfərin QiÇS-ə yoluxması aşkarlanıb. Bu xəstəlikdən dünyasını dəyişənlərin sayında da artım olub. Bölgə üzrə 95 nəfər dünyasını dəyişib ki, bunun da 56 nəfəri Lənkəranın payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB