İKT üzrə müəllimlərin bilikləri müzakirə edildi-TƏDBİR-YENİLƏNİB

İKT üzrə müəllimlərin bilikləri müzakirə edildi-TƏDBİR-YENİLƏNİB

Bu gün Bakıda UNESCO, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin təşkilatçılığı ilə "Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika və sosial vərdişlər" mövzusunda beynəlxalq konfrans işə başlayıb. SİA-nın verdiyi xəbərə görə, təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, iki gün davam edəcək konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin İKT, pedaqoji və sosial sahələrdə başlıca kompetensiyaları əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır. Onun sözlərinə görə, tədbir İ KT-nin təhsildə tətbiqi sahəsində elmi tədqiqatların nəticələrinin və ən yaxşı təcrübələrin müzakirəsi, akademik birlik nümayəndələri və siyasi xadimlər arasında konstruktiv dialoqun yaradılması üçün foruma çevriləcək.

"Son illər ölkə təhsilində İKT tətbiqi ilə bağlı mühüm işlər görülür. Bu işlər nəticəsində Azərbaycanda şagirdlərin kompyutere olan nisbəti 1:29-a çatıb. Ölkədə İKT-nin təhsildə tətbiqi ilə bağlı 2 dövlət proqramı qəbul edilib və icra olunur. Plenar iclaslar və müzakirələr formasında keçiriləcək tədbirin əsas məqsədi müəllimlərin İKT sahəsində kompetensiyaları və peşə biliklərinin artırılması, açıq təlim resursları və texniki peşə təhsilində İKT-nin rolu olacaq", - deyə o əlavə edib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan təhsilinin İKT-dən istifadəsini genişləndirmək üçün Təhsil NAizlriyi ilə birgə işlər görülür: "Əsas məqsəd müəllimlərin müasir zamanda iş prosesinə münasibəti, texnologiyaalrdan istifadə etmə, dünya təcrübəsi ilə tanış olmaq, müəllimlərin bu sahədəki biliklərini daha da artırılması üçün standartların müəyyən edilməsidir. 2 gün davam edəcək tədbir çərçivəsində bu shaə üzrə mütəxəssislərin fikirləri öyrəniləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq".

Qeyd edək ki, konfrans çərçivəsində "Azərbaycanda peşə təhsilinin inkişafı" üzrə UNESCO, Yaponiya hökuməti, Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsinin nəticələrinin təqdimatı da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə