Həqiqət Qədirova: “Bütün qadınlar hamiləliyin ilk 3 ayında müayinə olunmalıdırlar”

Həqiqət Qədirova: “Bütün qadınlar hamiləliyin ilk 3 ayında müayinə olunmalıdırlar”

Azərbaycanda indiyə qədər 40 uşaq anadan uşağa ötürülmə yolu ilə İİV virusuna yoluxub. SİA-nın xəbərinə görə, Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova bildirib ki, hər bir ana hamiləlik dövründə müayinə olunmalıdır. Onun sözlərinə görə, ölkədə qadınlar hamiləliyin son aylarında, ya da doğuş zamanı müayinə olunur, halbuki onlar hamiləliyin ilk 3 ayında müayinə olunmalıdırlar.

"Bütün müayinələr bütün dövlət müəssisələrində aşkar və anonim şəkildə pulsuz aparılır. Müayinələr könüllüdür, lakin hamilə qadınlar müraciət etmirlər. Əgər müraciət vaxtında olsa, ARV-terapiya alan uşaqlardan 1-də, bu terapiyanı almayan uşaqlardan isə 18-də İİV-ə yoluxma halı olub. Bu il donor qanı ilə yoluxma olmayıb", - deyə o əlavə edib.

H.Qədirova qeyd edib ki, yoluxmanın 27,2 faizi Bakı və Abşeronda qeydə alınıb. Onun fikrincə, ən çox çox yoluxma halları Şirvan, Hacıqabul, Astara, Lerik, Masallı və digər rayonları əhatə edir: "Son illərdə İİV-/QİÇS virusunun müalicəsinə ayrılan vəsait 4 dəfə artırılıb. Hazırda bu dərmanların heç birinə məhdudiyyət yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə