Bu gün ümumdünya QİÇS-lə mübarizə günüdür. Bəşəriyyətin ümumi bəlasına çevrilmiş bu xəstəlik artıq qlobal problemə çevrilib və Azərbaycan üçün də aktualdır. SİA-nın xəbərinə görə, bu gün Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin "1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü" ilə bağlı birgə tədbir keçirilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin sədri Həqiqət Qədirova bildirib ki, 11 ay ərzində Azərbaycan 476 yeni İİV yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb: "Onlardan 465-i (97,7%) Azərbaycan vətəndaşı, 11 nəfəri (2.3%) isə əcnəbi vəətndaşıdır. Azərbaycanda ilk dəfə İVVinfeksiyasının aşkar edildiyi 1987-ci ildən 2011-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə İİV infeksiyası təsdiq olunmuş 3199 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3086 nəfəri (96,5%) aAzərbaycan vətəndaşı, 113 nəfəri (3,5%) isə əcnəbidir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2525-i (81,8%) kişi, 561-i (18,2%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 875 nəfər, onalrdan Azərbaycan vətəndaşlarının sayı 861 nəfər İİV infeksiyasından dünyasını dəyişən insanların sayı 424 nəfər, onalrdan Azərbaycan vətəndaşlaırnın sayı 416 nəfər olub.
3086 nəfər Azərbaycan vətəndaşından 1940-da (62,9%) İİV-ə yoluxma, inyeksion narkotik istifadəsi nəticəsində, 793-də (25,7%) heteroseksual, 40-da (1,3%) anadan uşağa keçməklə, 29-da (0,9%) isə homosekual kontakt, 1-də (0,3%) donor qanının köçürülməsi nəticəsində baş verib. 283 nəfərdə (9,2%) yoluxma yolu naməlumdur".
H.Qədirova qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlarla profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Onun sözlərinə görə, QİÇS, vərəm və malyariya ilə mübarizə Lobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə antiretrovirus terapiyaya hazırda 876 İİV-lə yaşayan insan cəlb olunub ki, onlardan 289 nəfərə müalicə cari ilin 11 ayı ərzində başlanıb.
O qeyd edib ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. H.Qədirova vurğulayıb ki, Azərbaycan vətəndaşları arasında 11 ay ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 57,6%-i, ümumilikdə isə yoluxma hallarının 62,9%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Qeyd edək ki. hazırda dünyada 34 milyon insan İİV-lə yaşayır, ötən il 2,7 milyon yoluxma halı olub, 1,8 milyon nəfər İİV-dən ölüb. Onların 380 mini uşaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB