\"Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları\" mövzusunda beynəlxalq konfrans işə başlayıb

\"Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları\" mövzusunda beynəlxalq konfrans işə başlayıb

Bu gün Bakıda UNESCO, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin təşkilatçılığı ilə \"Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika və sosial vərdişlər\" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

SİA-nın verdiyi xəbərə görə, iki gün davam edəcək konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin İKT, pedaqoji və sosial sahələrdə başlıca kompetensiyaları əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır.

Konfransda 20-dən çox xarici ekspert və 60 yerli mütəxəssis iştirak edir. Konfransda iştrak edən ekspertlər Türkiyə, Rusiya, Malayziya, Slovakiya, Finlandiya, Niderland, Ukrayna, İtaliya, Litva və Belarusu təmsil edir. Tədbir İKT-nin təhsildə tətbiqi sahəsində elmi tədqiqatların nəticələrinin və ən yaxşı təcrübələrin müzakirəsi, akademik birlik nümayəndələri və siyasi xadimlər arasında konstruktiv dialoqun yaradılması üçün foruma çevriləcək.

Plenar iclaslar və müzakirələr formasında keçiriləcək tədbirin əsas məqsədi müəllimlərin İKT sahəsində kompetensiyaları və peşə biliklərinin artırılması, açıq təlim resursları və texniki peşə təhsilində İKT-nin rolu olacaq.

Həmçinin konfrans çərçivəsində "Azərbaycanda peşə təhsilinin inkişafı" üzrə UNESCO, Yaponiya hökuməti, Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsinin nəticələrinin təqdimatı da nəzərdə tutulub.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə