«Abituriyent» jurnalının 11-ci sayı çap edilib

«Abituriyent» jurnalının 11-ci sayı çap edilib

TQDK 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclər haqqında məlumatları "Abituriyent" jurnalında dərc edib. SİA-nın xəbərinə görə, "Abituriyent" jurnalının 11-ci sayında qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları dərc edib. Bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir.

Burada hər bir yüksək ballı gəncin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta məktəb haqqında məlumatlar, bilik yarışı rekordçuları ilə müsahibələr, onların gələcək abituriyentlərə məsləhət və tövsiyələri, imtahanların gedişi barədə rəyləri və təklifləri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə