16 yaşlı məktəblinin ölümünün əsl günahkarı kim və ya nədir? - ARAŞDIRMA
Lökbatandakı 7 saylı peşə məktəbinin şagirdi, 16 yaşlı Namiq Salmanovun qəfil ölümü müəmmalı olaraq qalmaqdadır. Bu hadisə müəyyən nazirlik və qurumları hərəkət keçirib. Şagirdin yaxınları ona peyvənd vurulmasından sonra öldüyünü desələr də, Səhiyyə Nazirliyi bu ehtimalın minimum olduğunu iddia edir. Mərhumun sinif yoldaşları və qohumları onun heç vaxt sağlamlığı ilə bağlı şikayəti olmadığını deyir. Hər şey isə tibbi ekpertizanın rəyindən sonra məlum olacaq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ekspertizanın 10 gündən sonra açıqlayacağı rəydən sonra hadisənin dəqiq səbəblərinin açıqlanacağını deyib. O, belə mantu sınağından ölüm hadisəsinin çox nadir şərtlərdə və hallarda ola biləcəyini deyib. Azərbaycanda ilk dəfə olaraq belə hadisənin müşahidə olduğunu deyən nazirlik sözçüsü belə haldan ölümün olma ehtimalının çox az olduğunu deyir.
"Hazırda ölümün dəqiq səbəblərini bilmək üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza tərəfindən müəyyən götürülmüş materiallar analiz olunur və Azərbaycana gətirilən bütün mantular yoxlanılır. Keçən il bu şagirdə vurulub, lakin heç bir fəsadı olmayıb. Bu il isə onunla yanaşı 10 nəfər şagirdə də eyni ampuladan mantu edilib. Onların da səhhəti normaldır və heç bir dəyişiklik yoxdur. Azərbaycana gətirilirən bütün dərmanlar dərmanların tibbi ekspertizası ərəfindən yoxlanılır və sertifikat verilir. Hər halda hadisənin dəqiq səbəblərini bilmək üçün həmin mantuların ölkəyə gətirilməsi səbəlri və yolları araşdırılacaq. hər halda 10 gündən sonra ölümün səbəbləri ekspertizanın nəticəsi olaraq elan ediləcək", - deyə o əlavə edib.
A.Qədirli qeyd edib ki, əgər ekspertiza və araşdırma mantunun düz vurulmadığını və ya hansısa səbəbdən prosedur qaydalara və ya standartların pozulduğu göstərsə, əlbətttə həkim cəzalanacaq. Onun sözlərinə görə, həkimə hansı cəzanın verəcəyini isə ekspertizanın nəticələrindən sonra məlum olacaq.
Təhsil nazirinin müavini Qulu Novruzov məktəblinin qəflətən ölümü səbəbləri araşdırmaq üçün müvafiq qurumlar tərəfindən araşdırmalar aparıldığınl dyeib. Nazir müavini Qulu Novruzov bunu təhsil shaəsində xoşagəlməz hal hesab edib: "Biz bunun olmasını istəməzdik. Amma bunun səbəbləri, niyə belə olmasına münasibətimiz çox pisdir. Kim istəyər ki, məktəblərdə belə hal olsun? Araşdırmaların aparılması Təhsil Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələ deyil. Hadisənin səbəbləri Səhiyyə, müvafiq qurumlar, ekspetiza tərəfindən müəyyənləşəcək. Əlbəttə, biz buna təəssüf edirik. Amma bu Nazirliyin səlahiyyətlərinə aid olan məsələ deyil. Nə peyvəndin həyata keçirilməsi, nə də müvafiq araşdırılması təhsillə bağlı deyil".
Qeyd edək ki, noyabrın 28-də Lökbatan qəsəbəsi ərazisində yerləşən 7 saylı peşə məktəbinin şagirdləri qəsəbə poliklinikasında vərəmə qarşı mantu olunublar. Şagirdlər yenidən məktəbə qayıdarkən həmin təhsil müəssisəsinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlu qəflətən yıxılıb və dünyasını dəyişib. Bədbəxt hadisə də rayon poliklinikasında baş verib. Belə ki, məktəbliyə poliklinikada vərəmə qarşı peyvənd vurulandan sonra halı dəyişib və elə poliklinikanın həyətindəcə dünyasını dəyişib. N.Salmanovun meyiti ekspertiza olunub və faktla bağlı cinayət işi açılıb. Baş verən hadisə ilə bağlı açıqlama verən Təhsil Nazirliyindən isə bildirilir ki, mərhumun meyiti bu gün günorta saatlarında ailəsinə təhvil verilib. Hazırda Qaradağ rayon prokurorluğunda hadisə ilə əlaqədar zəruri şəxslərin izahatının alınır, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB