Ali məktəb tələbələri arasında respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb
Bu gün ali məktəb tələbələri arasında "Azərbaycan çiçəklənən diyar" mövzusunda təşkil olunmuş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərəd dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhu aşılamaq, rəsm sahəsində istedadlı üzə çıxarmaqdır. Onun sözlərinə görə, müsabiqə ali məktəb və Respublika mərhələləri olmaqla 2 mərhələdə keçirilib: "Ali məktəb tələbələri arasında "Azərbaycan çiçəklənən diyar" mövzusunda ilk dəfə təşkil olunmuş rəsm müsabiqəsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdəndir. Bu il müsabiqənin şəffaflığını təmin etmək üçün Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin işləri qəbul edilməyib. Müsabiqənin respublika mərhələsinə 100-ə yaxın rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlıq Akademiyasının reşəkar rəssamlarından ibarət münsiflər heyyəti tərəfindən seçim aparılıb və 12 qalib müəyyənləşib. Müsabiqənin respublika mərhələsində I, II, III yerləri tutan tələblərə Təhsil Nazirliyinin mükafat diplomu və hədiyyələri verilib".
Tədbirin davamında qaliblərə hədiyyələr təqidm olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB