Bakıdakı 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlunun qəflətən ölümü ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırılır. SİA-nın xəbərinə görə, təhsil nazirinin müavini Qulu Novruzov bunu xoşagəlməz hal hesab edib: "Biz bunun olmasını istəməzdik. Amma bunun səbəbləri, niyə belə olmasına münasibətimiz çox pisdir. Kim istəyər ki, məktəblərdə belə hal olsun? Araşdırmaların aparılması Təhsil Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələ deyil. Hadisənin səbəbləri Səhiyyə, müvafiq qurumlar, ekspetiza tərəfindən müəyyənləşəcək. Əlbəttə, biz buna təəssüf edirik. Amma bu Nazirliyin səlahiyyətlərinə aid olan məsələ deyil. Nə peyvəndin həyata keçirilməsi, nə də müvafiq araşdırılması təhsillə bağlı deyil".
Qeyd edək ki, noyabrın 28-də Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğluna poliklinikada vərəm çöplərini yoxlamaq üçün manto sınağı qoyulub. Məktəbə qayıtdıqdan sonra N.Salmanovun qəflətən halı pisləşib və vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB