Hərbi xidmətə  möhlət hüququ kimlərə verilməli?

Hərbi xidmətə möhlət hüququ kimlərə verilməli?

Magistrlərə həqiq hərbi xidmtədən möhlət hüququnun verilməməsi bilavasitə təhsillə deyil, həqiqi hərbi xidmətə çağırışla bağlı məsələdir. SİA-nın xəbərinə görə, təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olan məsələ deyil. Nazir müavini hesab edib ki, Azərbaycan gəncləri, ali məktəblərdə təhsil alan oğlanlar müvafiq qanunvericiliyə uyğun olaraq ali mətkəblərdə təhsil alarkən bir dəfə bu möhlət hüququqdan yararlanırlar. Onun sözlərinə görə, növbəti mərhələdə təhsillərini davam etdirmək istəyən gənclərin isə müvafiq qanunvericiliyə uyğun olaraq ya möhlət hüququ olmalı, ya da həqiqi hərbi xidmət keçməlidir.

"Oğlanlar həqiqi hərbi xidmətini başa vurduqdan sonra növbəti təhsil pillələrində təhsillərin davam etdirə bilərlər. Heç bir normal Azərbaycan bvətənpərvər gənci həqiqi hərbi xidmətdən keçməkdən boyun qaçırmağa cəhd göstərmir. O fikirlə razı deyiləm ki, həqiqi hərbi xidməti başa vurduqdan sonra professional təhsil almaq olmaz, təhsilin səmərəliliyi aşağı düşər. Həqiqi hərbi xidməti başa vurduqdan sonra təhsili davam etdirmək təmamilə normal bir haldır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə