Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində tanınmış alim Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov Abbas Zamanovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O bildirib ki, özünün zəngin elmi fəaliyyəti ilə A.Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşmasında, yüksək ixtisaslı kadrların azərbaycançılıq ruhunda hazırlanmasında böyük xidmətlər göstərib: "Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşayıb. Bakı pedaqoji texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışıb. 1 dərəcəli \"Vətən müharibəsi\" ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilib. 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub".
Təhsil naziri Misir Mərdanov A.Zamanovun Azərbaycanın çox dəyərli ziyalılarından biri olduğunu qeyd edib: "Abbas Zamanov vaxtilə ermənilərin Naxçıvanla bağlı hiylələrinin qarşısını almaq üçün özünü oda-alova atmış insan idi. Sovet hökumətinin vaxtında o, bu məsələni qaldırmışdı. Məhz onun atdığı addım nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasında ciddi problemlər yaranmayıb. O, eyni zamanda tanınmış bir alim idi. 1960-cı illərdə ermənilərə qarşı çıxışına görə ona cəza verdilər, onu Kommunist Partiyasının üzvlüyündən və universitetdən çıxardılar. Amma sonrakı illərdə hamı Abbas Zamanov gələndə az qala fəxri qarovula dururdu".
Tədbirin davamında qonaqlar görkəmli akademiklə bağlı fikilrəini və xatirələrini bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB