Misir Mərdanov: \"Təhsil krediti hələlik Azərbaycanda tətbiq edilməyib\"
\"Təhsil krediti hələlik Azərbaycanda tətbiq edilməyib\". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, dünyanın bir çox ölkələrində bu sistem tətbiq edilsə də Azərbaycanda hələ ki bunu tətbiq etmək mümkün olmayıb. Onun sözlərinə görə, dünya ölkələrində banklar müəyyən dövlət qurumları və ya təşkilatlar tələbələrə güzəştli kreditlər verir ki, bu da onların təhsil almasına növbəti stimullar yaradır: "Bu qanunda nəzərdə tutulub amma hələlik həyata keçirilmə mexanizimləri olmadığı üçün təhsildə tətbiq etmək mümkün olmayıb".
Təhsil naziri distant təhsilə keçməklə bağlı məsələyə münasibət bildirib. O, qeyd edib ki, distant təhsilə keçmək üçün maddi texniki baza və onu bilmək lazımdır: "Amma yalandan keçirəm deməklə də iş olmur və buna hər zaman hazır olmaq lazımdır. Bu işə keçmək üçünsə ali məktəblərdə maddi texniki baza və müəyyən imkanlar olmalıdır. Azərbaycan ali məktəbləri isə hələlik distant təhsilə keçməyə hazır deyil".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB