Misir Mərdanov “Saxta diplomlarla bağlı müəyyən işlər aparılır\"

Misir Mərdanov “Saxta diplomlarla bağlı müəyyən işlər aparılır\"

"Saxta diplomlarla bağlı müəyyən işlər aparılır. Bir həfətə sonra Təhsil Nazirlyində bununla bağlı kollegiya icalsı keçiriləcək və burada dəqiq rəqəmlər, vəziyyətin necə olduğu barədə ictimaiyətə geniş məlumat veriləcək". SİA-nın xəbərinə görə, bunu təhsil nazir Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, hələlik dəqiqləşmələr aparılır və bu iş yekunlaşmaq üzrədir. Nazirin sözlərinə görə, saxta diplomlarla bağlı problem kütləvi şəkildə olmasada bu əvvəllər də mövcud olub: "Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülüb. Son zamanlarda isə Azərbaycanda ali təhsili qorumaq üçün bu işə daha ciddi yanaşmağa başlanıldı. Bu da ölkədə ali təhsilin keyfiyyətini yüksəltmək üçün atılan addımlardan biridir. Müstəqil Azərbaycanın 20 illik yaşında təhsil və elm Azərbaycan üçün bu gün daha önəmlidir. Bu baxımdan da bu işə bu gün çox ciddi fikir veririk".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə