Məktəblərdə müəllimlərin sayı 10 min nəfər azalıb

Məktəblərdə müəllimlərin sayı 10 min nəfər azalıb

Ümumtəhsil məktəblərində 65 yaşdan yuxarı olan 10 minə yaxın müəllim işdən azad edilib. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Təhsil nazirinin sözlərinə görə, bu gün ümumilikdə ümumtəhsil məktəblərində 150 minə yaxın müəllim fəaliyyət göstərir və bu say normadan artıq dərəcədədir. Məktəblərdə 1 milyon 300 minə yaxın şagirdin təhsil aldığını qeyd edən təhsil naziri deyib ki, onlar əslində bir müəllimə 12-13 şagirdin düşməsini istəyirlər. Onun sözlərinə görə, əgər şagird sayı 1 milyon 300 min qalarsa, o zaman müəllimlərin sayının azalmasına hələ də ehtiyac var. Məktəblərdə 65 yaşdan sonra müəllim çatışmazlığı məsələsinə münasibət bildirən nazir qeyd edib ki, belə hallar bəzi məktəblərdə müşahidə olunur: "Məktəblərdə müəllim müsabiqəsində iştrak edən və yüksək bal toplayıb keçə bilməyən müəllimlər həmin yerlərə göndərilir. Yəni bu məsələ Azərbaycanda ciddi problem deyil."


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə