Türkiyənin təhsil müşaviri Halis Koyuncuoğlu Təhsil Nazirliyinin xüsusi fərmanına layiq görülüb
Bu günlərdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu Təhsil Nazirliyinin xüsusi fərmanına layiq görülüb. Müşavirə bu mükafat Azərbayca-Türkiyə təhsilinin inkişafındakı göstərdiyi xidmətlərinə görə təqdim olunub. Təhsil müşaviri Halis Koyuncuoğlu SİA-ya açıqlamasında 19 il ərzində fəaliyyət göstərən Türkiyənin Təhsil Müşavirliyinin və özünün ilk dəfə belə bir mükafata layiq görüldüyünü deyib. Buna təbii ki, çox sevindiyini deyən H.Koyuncuoğlu vurğulayıb ki, bu gün iki ölkə arasında təhsil əlaqəsinin yüksək səviyyədə inkişaf edir və bud a məni çox sevindirir.
"İkinci tərəfi isə odur ki, mənim bura ilə bağlı işim yekunlaşmışdı. Mükafatın bu vaxta düşməsi mənə daha fərqli bir sevinc verdi ki, demək doğrudan da yaxşı inkişafa nail olmuşuq. Mən 37 ildir ki, təhsil sahəsində çalışıram. Türkiyədə də bir çox mükafatlara layiq görüldüm, amma heç biri məni belə sevindirməmişdi. Biz ayrı dövlətlər olasaq da eyni millətik. Bu dövlətin başqa bir ölkənin dövlətinə belə mükafat verməsi məni daha çox qürurlandırdı. Və düşünürəm ki, ömrümün sonuna qədər evimin ən yaxşı köşəsində qalacaq mükafatdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB