Yaxın gələcəkdə orta məktəb şagirdləri evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər

Yaxın gələcəkdə orta məktəb şagirdləri evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər

AzEduNet Azərbaycan Təhsil Şəbəkəsi və SAZZ Simsiz İnternet Operatorunun təqdim etdiyi yeni xidmət valideynlərə uşaqları arzuolunmaz İnternet-saytlardan qorumağa imkan verəcək. SİA-nın xəbərinə görə, övladlarının ümumdünya şəbəkəsinin mənfi təsirindən tam qoruyub SAZZ-ın mobil yüksəksürətli limitsiz İnternetindən bəhrələnməyə imkan verəcək.

Xidmətə qoşulduqdan sonra istifadəçilər yalnız filtrasiyadan keçmiş və uşaqlar üçün faydalı məlumat daşıyan saytlara çıxış əldə edəcəklər. Sayı daim artan arzuolunmaz məzmunlu internet-saytlara ciddi nəzarət etmək məqsədilə "qara siyahı" mütamadi olaraq yenilənəcək. Nəticədə Internet övladlarınız üçün pornoqrafiya, əxlaqsız leksika, zorakılıq, ekstremizm, qumar oyunları, böyüklər üçün nəzərdə tutulan sosial şəbəkə və çatlardan təmizlənəcək.

Sözügedən xidmət 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı çərçivəsində yaradılmış AzEduNet Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş abunəçilər üçün açıq olacaq. Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin mindən çox məktəbi qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə