Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Baş katibi ilə görüşüb
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Baş katibi Mustafa əl-Adva ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə İordaniyanın Azərbaycandakı səfiri Adil Məhəmməd Adayla da iştirak edib. Rektor BDU haqqında qonaqlara məlumat verib, əsasən beynəlxalq əlaqələrindən danışıb.
Mustafa əl-Advanı səfərinin məqsədinin Azərbaycanda ali təhsilin səviyyəsinin öyrənmək olduğunu açıqlayaraq, İordaniya Universitetinin Bakı Dövlət Universiteti ilə əməkdaşlığa səmərəli nəticələr verəcəyini qeyd edib, xüsusən də nanotexnologiyalar sahəsində əməkdaşlığı vurğulayıb.
Tərəflər tədqiqatçı, tələbə və müəllimlərin mübadiləsi, birgə layihə və proqramlarda iştirakı nəzərdə tutan memorandumun hazırlanması barədə razılığa gəliblər. Qonaqlar BDU-nun Nanotexnologiya Laboratoriyasında bə digər elmi mərkəzlərində olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB