Uşaqların ailələrə verilməsi ilə bağlı 2011-ci ilin yekunları müzakirə edilib
Bu gün "Azərbaycanda dövlət uşaq müəssislərindən uşaqların ailələrə verilməsi (De-institusionlizasiya) və alternativ qayğı" Dövlət Proqramı çərçivəsində "2011-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, YUNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, bir sıra nazirliklərin nümayəındələri, millət vəkilləri və digər ictimai-siyasi xadimlər iştirak edib.
Təhsil naziri Misir Mərdanov proqram icrası ilə bağlı son 5 ildə həyata keçirilən işlər barədə hesabat məruzə ilə çıxış edib. O bildirib ki, proqram çərçivəsində ölkədə uşaqların müdafiəsinə dair qanunvericilik təhlil olunub, sənəd layihələri hazırlanıb. Nazirin sözlərinə görə, hazırda "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" layihəsi pilot seçilən Xəzər və Suraxanı rayonlarında yerləşən dövlət müəssisələrində sınaqdan keçirilir: "Həmin sənədlər təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Bundan əlavə, orta internat məktəbində təlim-tərbiyə alan 309 uşağın ailələlərinə inteqrasiya olunması istiqamətində uşaq və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Artıq 5 il ərzində bu proqramın icrası ilə bağlı xüsusi idarə yaradılıb. Bütün görülən işlər sayəsində internat evlərinə düşməli olan uşaqların sayı əvvəlki illərə nisbətən xeyli azalıb, internat məktəblərinin bir neçəsi adi məktəblərə çevrilib və himayəçilərə, öz analarına verilən uşaqların sayı artıb. Uşaqları foster ailələrdə saxlamaq üçün kiçik evlər tikilir. Bu işlər də ilin sonuna kimi başa çatacaq və 50 nəfər uşaq öz foster ailələri ilə birgə həmin evlərdə yaşayacaqlar. Bu illər ərzində 33 internat məktəbi və 16 uşaq müəssisəsini 788 məzun bitirib. Onarın 16-sı işlə təmin edilib, 25-i həqiqi hərbi xidmətə gedib, digərlərin isə müəyyən işlə məşğul olmasına köməklik göstərilir".
YUNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Mark Herevard da son 5 il ərzində proqram çərçivəsində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, proqram zamanı uşaqların dövlət müəssisələrindən ailələrə verilməsi sistemli şəkildə həyata keçirilib: "Müxtəlif dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində onalara sosial xidmətlər göstərilib. Əhali arasında maarifləndirmə işləri aparılıb ki, uşaqların dövlət müəssisələrindən çıxarılmasına kömək edilsin. Amma hələ də görülüəcək bir çox işlər var. Düşünürəm ki, bu istiqamətdə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri öz xidmətlərini və yardımlarını daha da gücləndirməlidir".
Tədbirin davamında çıxış edən qonaqlar dövlət müəssisələrində yaşayan və ya təhsil alan gənclərin ailələlərə verilməsinin vacib məsələ olduğunu qeyd ediblər. Onların fikrincə, bunları həll etmək üçün birgə səylər artırılmalı, nazirliklər, icra hakimiyyəti orqanları mövcud problemlərin həlli istiqamətində daha ciddi səylə çalışmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB