Nazir: “Son beş il ərzində dövlət uşaq müəssisələrinin sayı 48-dən 39-a enib”
"2011-2012-ci il tədris ili üzrə ölkədə mövcud olan 44 dövlət uşaq müəssisəndə 9776 nəfər uşaq tərbiyə alır. Onlardan 3750 nəfəri müəssisədə gecələyən uşaqlardır, qalan 6026 nəfər uşaq müəssisəsinin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edir". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, Təhsil Nazirliyinin apardığı iş nəticəsində həmin müəssislərdə təlim-tərbiyə alanların sayı ilbəil azalır. Onun sözlərinə görə, 2008-ci ildə 14389 nəfər, 2009-cu ildə 10055 nəfər, 2010-cu ildə 9827 nəfər, 2011-ci ildə isə 9776 nəfər olub.
Dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayında da illər üzrə azalmanın müşahidə olunduğunu deyən nazir qeyd edib ki, 2008-ci ildə 4055, 2009-cu ildə 3945, 2010-cu ildə 3860 uşaq müəssislərdə gecələyirdisə, 2011-ci ildə onların sayı 3750 nəfərə qədər azalıb.
"Azərbaycanda dövlət uşaq müəssislərində uşaqların ailələrə verilməsi (de-institusionlizasiya) və alternativ qayğı" Dövlət Proqramı çərçivəsində son beş il ərzində dövlət uşaq müəssisələrinin sayı 48-dən 39-a enib. Bu il rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbləri və uşaq evlərindən 105 uşaq bioloji ailələrinin və yaxın qohumlaırnın himayəsinə qaytarılıb. Görülən tədbirlərin nəticəsi olaraq ölkə üzrə ümumilikdə 465 nəfər uşağın internat məktəblərinə düşməsinin qarşısı alınıb", - deyə M.Mərdanov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB