Abel Məhərrəmov Pakistan nümayəndə heyəti ilə görüşüb

Abel Məhərrəmov Pakistan nümayəndə heyəti ilə görüşüb

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Pakistan Ali Təhsil Komissiyasının, Elmlər Akademiyasının sədri Atta-ur-Rahmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, universitetin tarixi və bu günü barədə məlumat verən rektor ölkəmizdə təhsilin inkişafından, bu istiqamətdə dövlət səviyyəsində atılan addımlardan bəhs edib. Azərbaycan-Pakistan əlaqələrini daha da inkişaf etdirmək üçün urdu dilini mükəmməl bilən kadrların yetişdirilməsinin əhəmiyyətindən danışan rektor universitetdə urdu dilinin tədris edildiyini bildirib.

BDU-da olmasından məmnunluğunu ifadə edən professor Atta-ur-Rahman elm, texnologiya və innovasiya, sosial iqtisadi inkişafın zəruri şərtlərindən bəhs edib. Qonaq birgə proqramlar üzərində işləməkdə, magistr və aspirant yetişdirməkdə, akademik, elmi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən memorandum imzalanıb.

Görüşdən sonra tələbələrin və müəllimlərin iştirakı ilə professor Atta-ur-Rahmanın mühazirəsi dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə