“Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq”
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq" mövzusunda ikigünlük Respublika elmi-praktiki konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans plenar iclasla öz işinə başlayıb. Plenar iclasda Dillər (ADU) universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Dünyamin Yunusov, Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabovun, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun rektoru Asəf Zamanovun, Qafqaz Universitetinin prorektoru Cihan Bulutun təbrik çıxışları olub.
"Kadr hazırlığına müasir yanaşma: Universitet, demokratiya, inkişaf", "Beynəlxalq təhsilə inteqrasiya: Dil, cəmiyyət və verbal ünsiyyət", "Tərcüməşünaslıq Azərbaycan kontekstində", "Universitet auditoriyalarının idarə olunması: Tələbə-müəllim ünsiyyəti müasir anlamda", "Tələbə biliyinin qiymətləndirilməsi: Gerçəklik, şəffaflıq" adlanan bölmələrdə respublikanın müxtəlif ali və orta təhsil müəssisələrinin nümayəndələrinin çıxışları səslənib və fikir mübadilələri aparılıb.
Konfransda "Kadr hazırlığında təlimlərin rolu", "İnnovativ təhsildə müəllimin rolu", "Qloballaşma kontekstində ali təhsilin perspektivləri", " Xarici dil və müasir dövr", "Pedaqoji kadrların İKT hazırlığına qoyulan əsas tələblər", "Dil və cəmiyyət kontekstində qlobal dil problemi" və s. mövzularda məruzələr dinlənilib, müzakirə edilib.Noyabrın 25-də keçiriləcək yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək və konfransın yekun sənədi qəbul ediləcək.
Qeyd edək ki, konfransa 100-dək məruzə daxil olub.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB