Azərbaycan Turizm İnstitutu tələbələrinin jurnalist-şair Taleh Həmid ilə görüşü keçirilib
Azərbaycan Turizm İnstitutunun (ATİ) Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları üzrə təhsil alan birinci kurs tələbələrinin jurnalist-şair Taleh Həmid ilə görüşü keçirilib. SİA-nın xəbərinə görə, ATİ-nin professoru, tarix elmləri doktoru Kərim Şükürov dəvətlini tələbələrə təqdim etdikdən sonra deyib: "Azərbaycan tarixi fənni üzrə dərsin qeyri-ənənəvi - çay süfrəsi ətrafında düzənlənməsini təəccüblə qarşıladığınızı görürəm. Tarix fakt deməkdir. Zənnimcə, mühazirə saatlarında tarixin müəyyən dönəmlərini ehtiva edən mənbələrin izahına rəğmən, filoloji təfəkkür materiallarına müqayisəli şəkildə istinad etməklə mövzu daha dərindən dərk edilir və yadda qalır. İctimai fikir və ədəbi-bədii irsimizin güzgüsü sayılan böyük şəxsiyyətlərin tariximizdəki roluna və irsinə nəzər salmaqla mütaliə mədəniyyətimizi inkişaf etdirə bilərik".
Jurnalist şair Taleh Həmid ATİ tələbələri ilə görüşü zamanı Azərbaycanın bir sıra tanınmış şəxsiyyətləri, o cümlədən sevilən şairlərinin həyatından maraqlı faktlar söylədi. Özünün jurnalist fəaliyyəti barədə tələbələri məlumatlandırıb. ATİ tələbələri ilə qeyri-ənənəvi görüşdən məmnun qaldığını xüsusi vurğulayıb. Azərbaycan turizminin inkişafına xidmət edəcək tələbələrlə görüşə imkan yaradan K.Şükürova təşəkkürünü bildirib.
Azərbaycan Turizm İnstitutunda qeyri ənənəvi keçirilən tədris metodikasına imza atılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB