\"Kurikulumun əsas məqsədi odur ki, sabah müəllimlər məktəbə gedəndə çətinlik çəkməsinlər\" -MÜSAHİBƏ
Son illərdə orta məktəblərdə yeni tədris proqramı olan kurikulumdan istifadə olunur. Yeniliklərin tətbiqi müəllimlərin yenidən hazırlanması və ixtisas artırmaya səbəb olub. Bəs görəsən bu sistem müəllimlər tərəfindən necə qarşılanır və onlar bu yeniliklərdən razıdırlarmı? Bu və ya digər məsələlər aydınlıq gətirmək üçün Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun baş müəllimi Nərgiz Rəcəbova ilə söhbətləşdiq.
- Yeni kurikulum sisteminə keçid təhsildə hansı təsirlərini göstərdi?
- Kurikulum tədris proqramı artıq Təhsil haqqında qanunda öz əkini tapıb. Bu tədris proqramları şəxsiyyət yönümlüdür. Artıq şagirin ehtiyaclarını duyub, gələcəyin ehtiyaclarını araşdırıb kurikulum sisteminə keçmək gərəklidir. Buna görə də yeni sistem təsdiq və tətbiq olunur. Bu ildən başlayaraq bizim institutumuzda da kurikulumla bağlı müxtəlif kurslar keçirilir. Orada müxtəlif modullar var. Həm məzmunu, qiymətləndirmə prosesi, metodikası, texnologiyası ilə bağlı müxtəlif metodlar sistemləşdirilir və tətbiq olunur. Hazırda təsviri incəsənət və musiqi fənləri üzrə dərslər təşkil olunur. Hələki narazılıq yoxdur. Bu kurslara müəllimlərin böyük axını var. Artıq dərslərdə iştirak etmək üçün müəllimlər növbədə olublar. Bu da onu göstərir ki, həqiqətən məktəblərdə belə bir kursların keçirilməsinə ehtiyac var.
- Yeni tədris proqramının tədisi müəllimlərin yenidənhazırlanması və ixtisasartırmasına ehtiyac yaratdı. Belə olduğu halda bu vaxta kimi bununla bağlı nə qədər müəllim sınaqdan keçib?
- Müəllimlər bu istiqamətdə daha çox ixtisas artırmaya cəlb olunur. İlkin olaraq ibtidai sinif və burada musiqi və təsviri incəsənət üzrə fənn müəllimləri bu kurslara cəlb olunur. Yuxarı siniflər üçün müxtəlif fənn kurikulumları tətbiq olunur.
- Kurikulum yuxarı siniflərdə tətbiq olunduqda daha çox müəllimlərin kurslardan keçməsinə ehtiyac olacaq. Bunun üçün institutda kifayət qədər yer və ya imkanlar varmı?
- Bu problemlər həll olunan məsələlərdir. Təki istək və arzu olsun. İnstitutda kifayət qədər yer var. Amma təbii ki, hansısa məsələlər rəhbərlik tərəfindən qərarlaşdırılır. Amma bizim hər bir şəraitimiz var. Müəllimlər üçün müəyyən proyektorlar, kompyuterlər və digər lazımi avadanlıqlarla təchiz olunub.
- Yeni tədris proqramına əsasən müəllim daha çox hansı istiqamətlər üzrə hazırlanırlar?
- Proqramın əsas məqsədi odur ki, sabah müəllimlər məktəbə gedəndə çətinlik çəkməsinlər. Bizim yeni kurslarımız yeni modullar əsasında keçirilir. Bu sözlər 3 modulla-fənn kurikulumun məzmunu, onun qiymətləndirilməsi və hansı metod, texnologiyaların keçirilməsidir. Müəllimlər bu kursları keçəndə köhnə metodlarla keçmirlər. Burada daha çox praktiki məsələlərdir. Hər bir dərsin sonunda müəllimlər öyrəndiklərini hesabat şəklində təqdim edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB