Azərbaycan müəllimləri və şagirdləri Microsoft korporasiyasının təhsil üçün proqram məhsullarından yararlana biləcək. Microsoft Azərbaycan şirkətinin təhsil üzrə əməkdaşlıq proqramının meneceri Emin Axundovun SİA-ya verdiyi məlumata görə, Azərbaycanın təhsil sistemində riyaziyyat (MS Mathematics), kimya (MS Chemistry) və astronomiya (MS Worldwide Telescope) fənlərinin tədrisi zamanı istifadə üçün maraqlı və effektiv proqram əlavələri istifadə edilə bilər. Microsoft Office paketinə daxil olan Word proqramında istifadə üçün nəzərdə tutulmuş həllər tədris prosesini daha maraqlı edir və biliklərin daha effektiv aşılanmasına real kömək edir. Bu proqramlar "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində ölkənin orta təhsil sistemində geniş tətbiqi nəzərdə tutulub.
E.Axundov qeyd edib ki, riyaziyyat fənninin tədrisi zamanı bir çox şagirdlərin rastlaşdığı maneələrdən biri qavranılması tələb olunan mürəkkəb anlayışların simvolik şəkildə təqdim olunmasıdır. Bir çox hallarda şagirdlər riyaziyyat elminin simvolik təqdimatı səviyyəsinə qədəm qoyduqda onu mürəkkəb və çətin hesab edir. E.Axundov hesab edib ki, bu da əslində normal bir haldır, çünki hər kəs məlumatı özünəməxsus şəkildə qavrayır - bir şagird daha çox eşitməyi tərcih edirsə, digəri vizual təqdimatı daha yaxın hesab edə bilər - bu da bizim psixo-fizioloji xüsusiyyətlərimizdən asılıdır.
"Bu problemi aradan qaldırmaq üçün Microsoft Mathematics (www.microsoft.com/mathematics) kimi proqram vəsaitləri şagirdlərə məlumatın istənilən qrafik və vizual şəkildə təsvirini yaratmağa imkan verir. Bununla da şagirdlər istənilən mürəkkəb formulanı vizual diaqrama çevirib qavrama rahatlığını əldə edə bilər. İnanıram ki, bu proqram müəllimlərimizə dəstək olub tədris imkanlarını artıracaqdır", - deyə E.Axundov bildirib.
Microsoft Azərbaycan şirkətinin nümayəndəsi bildirib ki, kimya fənni digər fənlərdən fərqli olaraqəsaslı səviyyədə xüsusi sxem və diaqramlarla bağlıdır. Microsoft Word üçün nəzərdə tutulan Chemistry Əlavəsi kimya fənninin tədrisində istifadə olunan formul və sxemləri təsvir etmək üçün xüsusi imkanlar təqdim edir. Bu alətin köməyi ilə H2O kimyəvi elementin sxematik görünüşünü bir-iki düymə ilə əldə etmək mümkündür.
Hal-hazırda məktəblərimizin qarşısında Astronomiya fənni ilə bağlı əsas problemlər hər məktəbdə teleskopun olmaması və dərslərin gündüz keçirilməsidir. Teleskopları əvəz etmək və ulduzları günorta keçirilən dərslər zamanı seyr etmək üçün məktəblər Microsoft Worldwide Telescope proqramını istifadə edə bilərlər.
"Bu virtual səma xəritəsi istənilən fəza obyektini tapıb, yaxınlaşdırıb və istənilən tərəfdən seyr etmək imkanı verir. Düşünürəm ki, bu proqram Astrologiya tarixi və ənənələri zəngin olan Azərbaycandayeni nəsil fəza alimlərinin yetişdirilməsinə öz töhfəsini verəcəkdir", - deyə E.Axundov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



