ADU rektoru ABŞ səfirliyinin nümayəndələrini qəbul edib

ADU rektoru ABŞ səfirliyinin nümayəndələrini qəbul edib

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov ABŞ səfirliyinin siyasi şöbəsinin rəhbəri Entoni Berd və səfirliyin siyasi işlər üzrə müşaviri Rayan Kempbel ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan–ABŞ münasibətləri, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Seyidov Azərbaycan–ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı, bu əlaqələrin yüsələn xətlə inkişafına əminliyini ifadə edib. ADU-da Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin fəaliyyətindən danışan rektor, həmin fakültədə Amerikaşünaslıq ixtisasının mövcudluğundan söz açıb. S.Seyidov qeyd edib ki, Amerika mərkəzinin keçirdiyi silsilə tədbirlər tələbələrə Amerikanı daha yaxından tanımaq üçün şərait yaradır.

Öz növbəsində səfirlik nümayəndələri səmimi qəbula görə ADU rektoruna təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə