Yeni kurikulumu müəllimlərə necə təsir edir? - Araşdırma

Yeni kurikulumu müəllimlərə necə təsir edir? - Araşdırma

Son illərdə Azərbaycanda kurikulum deyilən bir metod tətbiq edilməkdədir. Ölkə təhsilində yenilik olan kurikulum bizlərə hələ ki, yad olsa da mənası latın dilindən tərcümədə "yol","istiqamət" deməkdir. Kurikulum müasir formada dərsə verilən tələblərə uyğun olaraq müəllimlərin, eləcə də şagirdlərin funksiyası dəyişir.

Yeni tədris proqramının tətbiqi müəllimlərin ixtisasartırmasına da səbəb olub. Bu günə kimi fərqli qaydada dərs keçən müəllimlər kurrikulum sisteminin yeniliklərinə uyğunlaşmağa çalışırlar. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun baş müəllimi Nərgiz Rəcəbova bu proqramla bağlı institutda müxtəlif kurslarin keçirildiyini və bunlara müəllimlərin böyük axının olduğunu deyib: "Burada məqsəd ondan ibarətdir ki, uşaqlar məktəbə gedəndə çətinlik çəkməsinlər. Bu kurslar yeni modul sistemi ilə qurulub. Fənn kurikulum məzmunu, qurulması, qiymətləndirilməsi və fənn texnologiyaların necə keçirilməsindən asılıdır. Müəllimlər kursları köhnə qaydalarla deyil, daha çox praktiki məsələlərdən istifadə edirlər. Kurrikulum bir sözlə peşəkar, məqsədyönlü kadrların hazırlanmasına yönəlib".

İnstitutda olarkən xəbər tutduq ki, musiqi və təsviri incəsənət üzrə biliklərini artırmaq istəyən müəllimlər yaradıcı hesabatlarını verirlər. Təşkil olunan 48 saatlıq kursun sonunda müəllimlər öyrəndiklərini hesabat şəklində təqdim edirlər. Müəllimlər yeni sistemin təhsilin gələcək inkişafına müsbət təsir göstərəcəyini deyir. Onlar yeni tədris proqramının tədrisi ilə bağlı müəyyən təkliflərid’ var.

32 saylı məktəbin musiqi müəllimi Aybəniz Ağaqızı yeni sistemdən razı olduğunu deyib. Lakin müəllimə qeyd edib ki, incəsənət, musiqi fənləri dərsləri fənn müəllimlərinin özlərinə verilməsi daha yaxşı olardı: "Çünki 3 il ərzində tətbiq olan yeni metoddan hiss olunur ki, ibtidai sinif müəllimləri tədris etdikləri musiqi və təsviri incəsənət fənləri uşaqları qane etmir. Proqramda dəyişikliklər olduğu üçün fərqlər də nəzərə çarpır. Bu fənni uşaqlara öyrtəmək fənn müəllimləri tərəfindən tədris olunması daha yaxşı olardı".

24 saylı məktəbin musiqi müəllimi İradə Nuriyeva isə qeyd edib ki, onlar yeni üsulla fərqli formada, yeni dünyəvi üsullara uyğun oalarq dərslər keçirlər: "Burada kompyuter, texniki vəsaitlərdən istifadə olunur. əvvəlki qaydada kollektiv sürətdə dərs verilirdisə, indi daha çox qruplaşma, cütləşmə ilə keçirilir. O vaxtı müəllim danışığı çox olurdusa, indi uşaqların danışığı, fikirəri daha çox olur. Yeni sistemin dünyagörüşünün artmasında rolu var, gənclərin özlərinin gələcəyə hazırlıqlı böyüməsinə, təhsil almasına daha çox köməyi olur".

Hər halda yeni metod olan kurikulumun necə nəticə verəcəyini isə illər sonra görəcəyik. Hələ ki, aşağı sinif şagirdlərinə tətbiq olunan bu metoddan müəllimlər istifadə edir və onların kurikulum metodologiyasını mənimsəmək üçün xeyli vaxt lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə