ATİ-nin 20 tələbəsi xaricdə təcrübə keçib

ATİ-nin 20 tələbəsi xaricdə təcrübə keçib

Bu günlərdə Azərbaycan Turizm İnstitunun növbəti yığıncaqlarıdan biri 2010/2011-ci tədris ili üzrə istehsalat təcrübəsinin yekunlarına həsr olunub. SİA-nın xəbərinə görə, tədbirdə iştirakçıların nəzərinə çatdırılıb ki, institutun 184 nəfər 3-cü kurs tələbəsindən 179-u qeyd edilən tədris ilində ölkə daxilində, 20 nəfər isə xaricdə (İsrail, Almaniya, Türkiyə, Qazaxıstan) təcrübə keçiblər. 1-ci və 2-ci kurs tələbələrindən 20 nəfər Şimali Kipr Türk Cümhuriyyətində və Yunanıstanda yay tanışlıq təcrübəsini uğurla başa vurublar.

İsrailin Azərbaycandakı Səfirliyinin nümayəndələri ATİ-də olub, institut tələbələrinin həmin ölkənin tarixi, mədəni abidələrinə, məişətinə, o cümlədən turizm sənayesinə böyük maraq göstərdiklərini rəhbərliyin diqqətinə çatdırıblar. Görüş zamanı qarşılıqlı şəkildə razılığa gəlinib ki, 2011/2012-ci tədris ilində də istehsalat təcrübəsi sahəsində əməkdaşlıq davam etdirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə