Azərbaycan Koreya Fondunun təşkil etdiyi beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Koreya Fondunun təşkil etdiyi beynəlxalq tədbirdə iştirak edib

Cənubi Koreyada Koreya Fondunun təşkilatçılığı ilə MDB ölkə təmsilçilərinin qatıldığı "Gələcək nəsil liderləri" proqramı çərçivəsində tədbir keçirilib. SİA-nın xəbərinə görə, Koreya Fondunun təşkilatçılığı ilə gerçəkləşən növbəti yığıncaqda Azərbaycan Turizm İnstitutunun baş müəllimi Sevil Kərimova da iştirak edib. S.Kərimova müxbirimizə açıqlamasında bildirib ki, tədbirin təşkilində başlıca məqsəd MDB məkanından dəvət olunan iştirakçıları Koreya mədəniyyəti və iqtisadi sahədə qazanılan uğurlarla tanış etmək idi: \"Koreyaya səfər müddətində bu ölkənin nüfuzlu universitetlərində, müxtəlif ali məktəblərində, nazirliklərdə, məşhur sənaye mərkəzlərində olduq. Eləcə də ölkənin qədim tarix və mədəniyyət abidələrini ziyarət etdik. Bu dəfəki səfər Koreyanı daha yaxından tanımaqla yanaşı, dostluq-əməkdaşlıq sahəsində əlaqələrin sonrakı inkişafında faydalı addım ola bilər\".

Bütün xəbərlər Facebook səhifəmizdə