\"Qazax rayonunda təhsilin inkişafı göz qabağındadır\" - ƏKS-REAKSİYA

\"Qazax rayonunda təhsilin inkişafı göz qabağındadır\" - ƏKS-REAKSİYA

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın təhsilində, səhiyyəsində, yerli hakimiyyət orqanlarında qərəzli məqalələr dərc olunur. SİA-nın araşdırmalarından sonra məlum olur ki, həmin məqalələrdə dərc olunan \"faktlar\"ın heç bir əsası yoxdur və kimlərinsə sifarişi ilə yazılıb. belə olmasaydı məqalə yazanlar üzə çıxar və məlumatların qərəzli olmadığını sübut edərdilər. Təəssüf ki, ictimaiyyətə doğru informasiyalar çatdırsaq da, cızma-qara ustaları hələ də öz adətlərindən qalmırlar.

Qəzetlərin birində Qazax rayonunda təhsilin guya bərbad vəziyyətdə olması, qəbul prosesində qazaxlı abituriyentlərin az faiz göstərdikləri haqda əsası olmayan yazılar dərc edilib. Bununla bağlı Qazax rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyevlə əlaqə yaradıb məsələyə münasibət bildirməsini xahiş etdik. Şöbə müdiri bildirdi ki, Qazax rayonunda təhsil bu gün çox yüksək səviyyədədir. Bütün bunalara sübut olaraq demək istəyirəm ki, həmin məqalələri yazaraq ölkə ictimaiyyətini çaşdıran, rayonun təhsil işçilərinin nüfuzuna xələl gətirən \"yazarlar\" zəhmət çəkib Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatını oxumuş olsaydılar belə yalanları uydurmazdılar. TQDK-nın məlumatında bildirilir ki, 2010-2011-ci dərs ilinin yekun nəticələrinə görə, Qazax rayonu Respublika üzrə (Bakı və Sumqayıtdan sonra Qax və Qazax rayonları) 4-сü yeri tutub. İdmana gəldikdə isə bu günlərdə başa çatmış 6-cı respublika oyunlarında Qazax rayonu komanda hesabında üçüncü yeri əldə edib. Dünya çempionu və Avropa çempionu Həsən Əliyev kimi idmançımız var. Qazax rayonunda bu günün tələbinə uyğun olaraq təhsilin müxtəlif sahələrində inkişaf var.

Təhsil Şöbəsinin müdiri sonda bildirdi ki, Respublikamızda gedən uğurlu inkişafı görmək istəməyənlər, yalan məlumat yayanlar və bununla da suyu bulandırmaq istəyənlər problemi özlərində axtarsalar daha yaxşı olar.

Bütün xəbərlər Facebook səhifəmizdə