Turizm İnstitutu Ümumdünya Turizm Təşkilatı ilə birgə işləyəcək

Turizm İnstitutu Ümumdünya Turizm Təşkilatı ilə birgə işləyəcək

Gələcəkdə Ümumdünya Turizm Təşkilatı (ÜTT) ilə Azərbaycan Turizm İnstitutu (ATİ) arasında bir sıra sahələr üzrə birgə əməkdaşlıq ediləcək. SİA-nın xəbərinə görə, ÜTT-nin baş katibi Talib Rifai jurnalistlərə açıqlamasında bildirib ki, iki təşkilat arasında birgə tədqiqatların aparılması, ÜTT mütəxəssislərinin burada layihələr həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ATİ-nin nümayəndələri ÜTT-nin ofislərində proqramlarını dünya standartlarına daha da uyğunlaşdırmaq üçün işlər apara bilərlər.

"Bundan başqa, institutun nümayəndələri bizim ofislərdə və müxtəlif qurumlarımızda iş üslubuna baxıb öz proqramlarında dünya standartlarına uyğun dəyişiklik edə bilərlər. Eyni zamanda, ATİ-nin ÜTT ilə birgə region üzrə hansısa birgə tədqiqatlar aparması mümkündür. Bununla yanaşı, əməkdaşlıq çərçivəsində ÜTT-nin nümayəndələri Azərbaycanda müəyyən proqramlar həyata keçirə bilərlər", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə