Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycan Turizm İnstitutunun ilk fəxri doktoru seçilib

Ümumdünya Turizm Təşkilatının  baş katibi Azərbaycan Turizm İnstitutunun ilk fəxri doktoru seçilib

Azərbaycanda səfərdə olan Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai Azərbaycan Turizm İnstitutunun ilk fəxri doktoru seçilib. SİA-nın verdiyi xəbərə görə, Taleb Rifai Turizim İnstitutunda tələbə və müəllim heyəti ilə görüşüb. İnstitutunun rektoru Cəfər Cəfərov ali məktəb barədə qonağa ətraflı məlumat verib.

İnstitutun turizim sektorunun inkişafına ixtisaslı kadr hazırlığı sahəsindəki fəaliyyəti barədə danışan rektor qeyd edib ki, bu Azərbaycanda ilk ikili diplom verən ali təhsil müəssisəsidir. Rektor həmçinin turizmin kadr hazırlayan prosesin bu universitetdə həyata keçirildiyini, cari tədris ilindən isə doktorantura proqramının qəbula başlayan ilk ali məktəb olduğunu deyib. Tədbirin davamında rektor Cəfər Cəfərov qonağa "Universitetin fəxri doktoru" sözləri yazılmış diplomu və döş nişanını təqdim edib.

Qonaq da öz növbəsində 5 ildir fəaliyyətə başlayan ali təhsil ocağının ilk fəxri doktoru seçilməsində razı qaldığını deyib.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə