Yeni ildən ölkənin 5 rayonunda regional turizm məktəbləri yaradılacaq

Yeni ildən ölkənin 5 rayonunda regional turizm məktəbləri yaradılacaq

"Turizm sahəsi üzrə peşə məktəbinin yaradılması ilə bağlı ilkin hazırlıq işləri həyata keçirilib. Artıq bu müəssisənin yaradılması ilə bağlı müvafiq qərarı gözləyirik". Bunu SİA-ya açıqlamasında Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov deyib. O bildirib ki, Bakıda təlim və tədris mərkəzi adlı böyük bir peşə məktəbinin açılması turizm üzrə inkişafa da təkan verəcək.

Eyni zamanda, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, bu şəbəkənin regionlarda da yaradılmaqda olduğunu deyən C.Cəfərov vurğulayıb ki, 5 rayonda regional turizim məktəblərinin yaradılması ilə bağlı işə başlanıb. Onun sözlərinə göər, artıq rayon rəhbərliyi səviyyəsində danışıqlar gedib, həmçinin, təkliflər nəzərə alınaraq ümumiləşdirilir.

"Mən belə güman edirəm ki, bu ilin sonuna qədər məsələ ilə bağlı ilkin addımların atılması mümkün ola bilər. Ancaq onların fəaliyyətə başlaması sonrakı illərdə baş tutacaq. Azərbaycan Turizm İnstitutu və digər ali məktəblərə daxil ola bilməyənlər həmin peşə məktəblərini seçə bilərlər. Bu istiqamətdə dövlətin qoyduğu qanunlar çərçivəsində iş gedir", - deyə rektor əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə