Yeni ildən qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər açıqlandı

Yeni ildən qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarındakı yenilikləri açıqladı. TQDK-dan SİA-ya verilən xəbərə görə, imtahanlar zamanı abituriyentlərə hər ixtisas qrupunda I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq.

2012/2013-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III ixtisas qrupunda ixtisaslar DT və XH altqruplarına bölünməyəcək, ana dili və tarix fənləri əsas fənlər hesab ediləcək. Bu qrupa daxil olan fənlərin çəki əmsalları ana dili – 2, tarix – 2, riyaziyyat – 1, ədəbiyyat – 1, xarici dil – 1 təyin olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə