“Reproduktiv sağlamlıq”

Azərbaycan Dillər Universitetində (ADU) "Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir" layihəsi çərçivəsində "Reproduktiv sağlamlıq" mövzusunda növbəti tədbir keçirilib. SİA-nın xəbərinə görə, mülki müdafiə kafedrasının müdiri Sevda Zamanova çıxış edərək həyata keçirilən layihənin əsas fəaliyyət istiqamətlərindən və əhəmiyyətindən danışıb. Kafedra müdiri sağlam nəslin yetişməsində sağlamlığın mühüm və vacib faktor olduğunu bildirib. Gənc nəslin sağlam həyat tərzinin formalaşmasında bu kimi tədbirlərin vacib rol oynadığını qeyd edən S.Zamanova tələbələrə öz sağlamlıqlarının qeydinə qalmağı tövsiyə edib.

"Sağlam Ailə" Tibb Mərkəzinin uroloq-androloqu Seymur Mehdiyev isə çıxışında reproduktiv sağlamlıq anlayışından bəhs edib. Mamalıq-Ginekologiya İnstitunun elmi katibi Leyla Məmmədova reproduktuv sağlamlığın nəsil artımı qabiliyyətinin olması və azad seçim anlamına gəldiyini tələbələrin diqqətinə çatdırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə