Paytaxt məktəbliləri arasında bilik yarışı başladı

Paytaxt məktəbliləri arasında bilik yarışı başladı

Bu paytaxt məktəbliləri arasında bilik yarışı başlayıb. SİA-nın xəbərinə görə, 3 saat davam edən olimpiadada paytaxt məktəblərindən 100 minə yaxın şagird biliyini sınanıb. Yarışın məktəb mərhələsində şagirdlərə özlərini bir neçə fəndən sınamaq imkanı verilib.

Dekabrın 11-də isə olimpiadanın şəhər mərhələsinin birinci turu keçiriləcək. Bu mərhələdə hər məktəbdən fənn üzrə bir şagirdin iştirakı nəzərdə tutulub. Bu, ümumilikdə 10 minə yaxın şagird deməkdir. Olimpiadanın şəhər mərhələsinin II turunun isə yanvar ayının ortalarında keçirilməsi planlaşdırılıb. Bu mərhələdən qalib ayrılanlar 2012 – ci ilin mart ayında təşkil olunacaq respublika fənn olimpiadasının iştirakçısı olacaq. I yeri tutmuş XI sinif şagirdləri buraxılış imtahanlarından azad olunacaqlar.

Məlumat üçün bildirək ki, son 5 ildə keçirilən respublika fənn olimpiadasında qalib paytaxt məktəblilərinin sayı ilbəil artıb. Belə ki, 2005 – ci ildə qaliblərimizin sayı 48 idisə, ötən il bu rəqəm 108 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə