Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 454 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 454 müraciət daxil olub

2011-ci il oktyabr ayında Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64;595-40-15; 595-35-39) 454 müraciət daxil olub. SİA-nın xəbərinə görə, daxil olan müraciətlərin 271-i (62-i əsaslı, 209-u isə əsassız) şikayət, 103-ü – sorğu xarakterli, 29-u aidiyyəti üzrə deyil, 51-i isə cari problemlərlə bağlı olub.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə