Azərbaycan Turizm İnstitutu beynəlxalq aləmdə təmsil olunub-FOTO

Azərbaycan Turizm İnstitutu beynəlxalq aləmdə təmsil olunub-FOTO

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Milli və Dünya iqtisadiyyatı Universitetində "XXI əsrdə turizmin problemləri" adlı beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı Azərbaycan Turizm İnstiutunun nümayəndələri təmsil edib. Nümayəndə heyətinin rəhbəri Bahadur Bilalovun SİA-ya verdiyi xəbərdə qeyd edib ki, beynəlxalq elmi konfrans universitetin "Turizmin iqtisadiyyatı" kafedrasının 20 illik yubileyinə həsr edilib. O bildirib ki, tədbirdə Azərbaycan Turizm İnstitunun 4 əməkdaşı iştirak ediblər. Onun sözlərinə görə, ATİ əməkdaşlarının ölkə turizminə həsr olunan məruzələri iştirakçıların böyük marağına səbəb olub, verilən çoxsaylı suallar hərtərəfli cavablandırılıb.

Beynəlxalq konfrans iştirakçılarından - Fransadakı Sahilyanı Opal Coast Universiteti, Tbilisi Dövlət Universitetinin Beynəlxalq Turizm kolleci nümayəndələri Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə