Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Respublika Şahmat Turnirinin nəticələri açıqlanıb. SİA-nın xəbərinə görə, təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, yarışda ölkənin 48 şəhər və rayonundan 244 nəfər şahmatçı iştirak edib. Prezident İlham Əliyevin şahmata göstərdiyi diqqət nəticəsində ölkədə şahmata kütləvi maraq yarandığını deyən nazir müavinin sözlərinə görə, turnirin məqsədi də uşaq və yeniyetmələrin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edilməsi, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi" Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi, məktəblilər arasında dostluq və idman əlaqələrinin möhkəmləndirilməsidir.
"Hazırda şahmatın müstəqil fənn kimi tədris olunması üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə müzakirələri keçirilir. Bunun üçün bəzi ölkələrin qabaqcıl təcrübələri öyrənilir", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB