Nazir müavini: \"Qazın oraya haradan sızması müəmmalıdır\"

Nazir müavini: \"Qazın oraya haradan sızması müəmmalıdır\"

Bakının Buzovna qəsəbəsindəki 234 saylı məktəbdə baş verən partlayışla bağlı hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Təhsil nazirinin müavini Qulu Novruzov özünün də hadisə yerinə gedərək araşdırma apardığını deyib. Şagirdin məktəbdə təmiri tam başa çatmamış sanitar qovşağa icazəsiz daxil olduğunu deyən nazir müavini vurğulayıb ki, orada işləyən ustalardan birinin alışqanı pəncərədə imiş, o alışqanı yandırıb: "Sadəcə qazın ora haradan sızması müəmmalıdır. Məktəb binasında qaz yoxdur. Həmin məktəbin mərkəzləşdirilmiş istilik sistemi var. Qazın oraya sızması belə bir hadisəyə gətirib çıxarıb. Biz şagirdin də vəziyyəti ilə maraqlanmışıq, vəziyyəti qənaətbəxşdir. Xoşbəxtlikdən ciddi xəsarət olmayıb".

Q.Novruzov qeyd edib ki, bu hadisəyə qaz xəttinin kənar müdaxilə nəticəsində zədələnməsi, yerin altından hansısa vasitə ilə məktəbə sızması səbəb olub. Onun sözlərinə görə, nə məktəb rəhbərliyi tərəfindən, nə də hazırda orada tikinti aparan şirkət tərəfindən normalardan kənar qanun pozuntusuna yol verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə