Bu gün Bakı Dövlət Universitetində II respublika elmi-metodiki konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda keçirilib.
Rektor, akademik Abel Məhərrəmov müasir dövrdə elm və təhsil sahəsində olan problemlərdən və onların həlli yollarından danışıb. Prezident İlham Əliyevin bu sahələrin inkişafı məqsədilə verdiyi sərəncamların əhəmiyyətini xüsusilə qeyd edən rektor tədris müəssisələrində inkişaf metodunu yaxşılaşdırmağın yollarından da bəhs edib. Bildirib ki, bunun üçün ilk növbədə, mühiti düzgün formalaşdırmaq, Avropa mühitini ali təhsil müəssisələrimizə gətirmək lazımdır.
Tədbirdə "Gənc istedadlar liseyi"nin fəaliyyətindən bəhs edən slayd-şou göstərilib. Sonra Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov "Ümumtəhsil məktəblərində təlimin keyfiyyətini yüksəltməyin mühüm şərtləri", liseyin müəllimi Gülşən Əliyeva isə "BDU nəzdindəki "Gənc istedadlar" liseyində Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi təcrübəsindən" mövzusunda məruzələr ediblər.
Konfrans iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB