Azərbaycanla Belarusun peşə və orta ümumtəhsil sistemi müzakirə edilib

Azərbaycanla Belarusun peşə və orta ümumtəhsil sistemi müzakirə edilib

Təhsil nazirinin müavini Qulu Novruzov Belarusun Təhsil Nazirliyinin Texniki peşə təhsili idarəsinin müdiri Eduard Qançar və Peşə Təhsili İnstitutunun rektoru Arkadiy Şklyarla görüşüb. SİA-nın xəbərinə görə, Qulu Novruzov ölkə prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan və Belarus Təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlıq üzrə sazişin 2010-2011-ci illərdə həyata keçirilməsi barədə Protokolun təsdiq edildiyini bildirib. Həmin Protokola əsasən hər iki ölkənin peşə və orta ümumtəhsil sistemi ilə tanışlıq məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsinin və birgə layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən nazir müavini bununla bağlı işçi qruplarının yaradıldığını, pilot olaraq ilk-peşə ixtisas təhsili müəssisəsinin seçildiyini diqqətə çatdırıb.

Belarus TəhsilNazirliyinin Texniki peşə təhsili idarəsinin müdiri Eduard Qançar peşə təhsili üzrə mövcud vəziyyət və bu sahədə atılan addımlar barədə ətraflı məlumatverib və birgə layihənin reallaşdırılması istiqamətində lazımı dəstək göstəriləcəyini nəzərə çatdırıb.Daha sonra Belarus Respublikası Peşə Təhsili İnstitutunun rektoru Arkadiy Şklyar rəhbəri olduğu təhsil müəssisəsinin peşə təhsili sistemində hazırlıqlı kadrlarınyetişdirilməsindən, bu sahədə dərsliklərin,elmi-metodik vəsaitlərin mövcudluğundan və buradakı resurs mərkəzinin fəaliyyət istiqamətlərindən söz açıb.

Görüşdə ölkədə pilot olaraq yaradılacaq ilk peşə ixtisas təhsili müəssisəsində tədris ediləcək peşələrin müəyyənləşdirildiyi qeyd olunub və gələcək əməkdaşlığın inkişaf perspektivlərimüzakirə edilib. Eyni zamanda, görüşdə həmin müəssisənin konsepsiyasının, təhsil proqramlarının hazırlanması, mühəndis-pedaqoji heyətin yenidənhazırlanması və qarşılıqlı səfərlərin təşkili üzrə söhbət aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə