BDU Elmi Şurasının növbəti iclası keçirilib

BDU Elmi Şurasının növbəti iclası keçirilib

Bu gün BDU Elmi Şurasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirib. O, qeyd edilənləri xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Rektor bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

İclasda 2011-2012-ci tədris ilində BDU-da tədris prosesinin təşkili: islahatlar, problemlər və perspektivlər haqda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın hesabatı dinlənilib. Daha sonra Bakı Dövlət Universitetinin yeni Nizamnaməsinin müzakirəsi və təsdiqi, fakültə Elmi Şuralarının təsdiqi və cari məsələlərə baxış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə