Azərbaycanlı alimlər Rusiyada keçirilən beynəlxalq forumda iştirak edir
Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının təşkil etdiyi "Rusiyada elmin keçmişi, bu günü və gələcəyi" mövzusunda forum Moskvada öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə MDB ölkələrindən gənc alimlər iştirak edir və ölkəni Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev və sədr müavini Arif Hüseynov təmsil edirlər.
Tədbirin rəsmi açılışında Rusiya Elmlər Akademiyasının prezidenti Yuri Osipov, təhsil naziri Andrey Fursenko, İnnovasiya Assosiasiyasının prezidenti Olga Uskova və başqaları çıxış ediblər. Sonra, gənc alimlərin məruzələri dinlənilib və plenar müzakirələr aparılıb. Q.Babayev "AMEA Geologiya İnstitutunun Gənc Alimlər Şurası: 2005-2011 illər ərzində" adlı məruzə ilə çıxış edib, rəhbəri olduğu qurumun fəaliyyəti və uğurlarından danışıb.
Forumda MDB ölkələrinin gənc alimləri arasında əməkdaşlığın genişləndirilməsi, Rusiyada elm sahəsində çalışan gənclərin sosial problemlərinin həlli, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlər müzakirə olunub. Hazırda forum Zveniqorod şəhərində davam edir və noyabrın 12-də başa çatacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB