Məktəblilərin bilik yarışı keçiriləcək

Məktəblilərin bilik yarışı keçiriləcək

Noyabr ayının 15–də məktəblilərin bilik yarışına start veriləcək. SİA-nın xəbərinə görə, saat 10:00-da başlayacaq bilik yarışının məktəb turunda V–XI sinif şagirdləri iştirak edəcək. Yarışın bu turunda şagirdlər bütün fənlər üzrə özlərini sınaya biləcəklər. Növbəti rayon turunda isə yalnız VIII – XI sinif şagirdləri yarışda iştirak etmək hüququnu qazanacaqlar. Həmin turda şagirdlər doqquz fənn üzrə yarışacaqlar.

Bilik yarışının rayon turunda riyaziyyat və ədəbiyyat fənni üzrə VIII – XI, fizika, biologiya, tarix, xarici dil, coğrafiya fənləri üzrə VIII – XI, kimya üzrə IX– XI, informatika fənni üzrə isə X– XI sinif şagirdləri iştirak etmək hüququna malik olacaqlar. Rayon turuna təqdim ediləcək qaliblərin siyahısı noyabrın 25 – nə kimi müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə