Nicat Musayev: “İsveçrə universitetlərin turizm sahəsi üzrə 15 azərbaycanlı təhsil alır”

Nicat Musayev: “İsveçrə universitetlərin turizm sahəsi üzrə 15 azərbaycanlı təhsil alır”
İsveçrənin Qlion universitetində 11 azərbaycanlı tələbə təhsil alır. Bunu SİA-ya açıqlamasında bu universitetdə fəaliyyət göstərən azərbaycanlı Nicat Musayev məlumat verib. O bildirib ki, Qlion təhsil müəssisəsi otel menecmenti və turizm sahəsi üzrə dünyanın 3 ən yaxşı universitetləri siyahısındadır. Onun sözlərinə görə, otel menecmenti hazırlayan İsveçrənin Leroş universitetində isə 4 azərbaycanlı tələbə təhsilini davam etdirir: "İlbəil bu tələbələrin sayı artır. Bu da Azərbaycanda xaricdə təhsil sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir. İnanırıq ki, xaricdə təhsil alan tələblərin sayı da ilbəil artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə