Nazir müavini: “Orta məktəblərin akkreditasiyası hələki gündəmdə deyil”
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsi tərəfindən hələki ali və orat ixtisas məktəblərində aparılır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, orta məktəblərin akkreditasiyası hələki gündəmdə deyil. Onun sözlərinə görə, ali və orta ixtisas məktəblərinin akkreditasiya prosesi başa çatandan sonra orta məktəblərdə bu məsələyə baxıla bilər.
"Akkreditasiya yalnız dövlət təhsil müəssisələrində deyil, özəl sektordakı təhsil müəssisələrin lisenziyalaşdırılması, onların təhsil vermə imkanları, akademik heyətlə bağlı məsələlər dövlət tərəfindən qoyulan tələblərə uyğunluğu, infrastruktur, kadr potensialları, müvafiq tələblərə cavab verməlidir. Ona görə də hələki yalnız özəl orta məktəblərin akkreditasiyasından söhbət gedir", - deyə o əlavə edib.
Məktəblərdə aparılan reydlərə gəlincə, nazir müavini qeyd edib ki, bu proses mütəmadi olaraq aparılır və məktəblilərin payız tətilindən sonra da davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB